Koronavirus ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını sürətləndirib


Dünya 27 May 2020 17:44:00 139 0

Koronavirus ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını sürətləndirib

Koronavirus pandemiyası ilə əlaqədar ABŞ Əfqanıstandakı qoşunların sayını vaxtından əvvəl azaldacaq.

Son.az Trend-ə istinadən bildirir ki, iyunun əvvəlinədək qoşunların sayının 8,6 minədək azaldılması planlaşdırılır.

Qeyd edək ki, fevralın 29-da Qətərdə ABŞ və "Taliban" arasında əldə olunan razılaşmaya əsasən, iyulun əvvəlinədək Vaşinqton Əfqanıstandakı qoşunlarını 12-13 min nəfərdən 8,6 minədək azaltmalı idi.

Pandemiya nəticəsində həmin müddət irəli çəkilib.