Rusiyada koronavirusa yoluxanların sayı


Dünya 27 May 2020 13:21:00 175 0

Rusiyada koronavirusa yoluxanların sayı

Rusiyada son sutka ərzində daha 8 338 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Son.az APA-ya istinadla xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 370 680 nəfərə çatıb.

Son sutka ərzində 161 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 3 968 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 142 208 nəfərdir.