Bayram gününün HAVA PROQNOZU


Digərləri 27 May 2020 13:08:00 184 0

Bayram gününün HAVA PROQNOZU

Mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Son.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-30, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-45 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında havanın əsasən, yağmursuz keçəcəyi, lakin bəzi dağətəyi  rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.