Bakının mərkəzində maşın yoluna stolstul qoydular


Digərləri 27 May 2020 12:44:00 207 0

Bakının mərkəzində maşın yoluna stolstul qoydular

Bakıda restoranlardan biri avtomobil yolunun hərəkət hissəsini qanunsuz olaraq zəbt edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, paytaxtın Əli Əliyev küçəsi, 19 ünvanında fəaliyyət göstərən restoranın sahibi qeyri-adi addım atıb.

Restorana müraciət edən müştərilər üçün hətta avtomobil yolunda da masa qoyulub. 

"Dayanma-durma qadağandır" nişanının yaxınlığında qoyulan masanın fotosu sosial şəbəkələrdə paylaşılıb. Şəbəkə istifadəçiləri bunun doğru olmadığını və hər hansı bədbəxt hadisənin baş verə biləcəyini bildiriblər.