Dəhşətli qəzada ölən hərbçi aprel döyüşü iştirakçısı imiş


Digərləri 27 May 2020 11:44:00 194 0

Dəhşətli qəzada ölən hərbçi aprel döyüşü iştirakçısı imiş

Ötən gün Sumqayıtda beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində həlak olan hərbçilərdən biri şəhid övladı imiş.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edilib ki, dörd hərbi qulluqçunun və bir mülki şəxsin həlak olduğu qəzada həyatını itirənlərdən biri də Lerik rayonu Siyov kəndində anadan olan, Aprel Döyüşlərində iştirak etmiş ordumuzun giziri Ceyhun Qafarov olub.

Ceyhun Qafarovun atası, mayor Mehman Qafarov 1993-cü ildə Ağcabədi rayonu Avşar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Lerik rayonu Siyov kənd orta məktəbi Mehman Qafarovun adını daşıyır.

Qeyd edək ki, mayın 26-sı, saat 07:30 radələrində Sahil-H.Z.Tağıyev avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən 1-ci km-də 1992-ci il təvəllüdlü Qafarlı Ceyhun Mehman oğlu idarə etdiyi "Saipa Saina EX" markalı, 99-PB-542 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Sahil qəsəbəsi istiqamətində hərəkətdə olarkən yük avtomobilini ötmək məqsədilə yolun əks hərəkət zolağına çıxaraq qarşıdan gələn 1984-cü il təvəllüdlü, Xırdalan şəhər sakini Əliyev Ramil Gülhəsən oğlunun idarə etdiyi "Opel Vectra" markalı 01-BZ-361 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.