ABŞ və Rusiya qarşıdurması


Dünya 27 May 2020 09:29:00 157 0

ABŞ və Rusiya qarşıdurması

ABŞ və Rusiya qarşıdurması 6 beynəlxalq təhlükəsizlik müqaviləsinin pozulması ilə nəticələnib.

Son.az modern.az-a istinadən pozulmuş təhlükəsizlik müqavilələrinin siyahısını təqdim edir:

Raket əleyhinə müdafiənin məhdudlaşdırılması ilə bağlı müqavilə

Bu müqavilə 1972-ci ildə Moskvada L. Brejnev və R. Nikson tərəfindən imzalanıb. Müqaviləyə əsasən, üzv ölkələrə özlərinin Raket Əleyhinə Müdafiə sistemini hazırlamaq qadağan edilirdi. Müqavilə 30 il qüvvədə qalır. 2001-ci ilin dekabrında C. Buş ABŞ-ın müqavilədən çıxdığını bəyan edir və bundan yarım il sonra şərtlərə əsasən, razılaşmaya son qoyulur.

Avropada Adi Silahların Məhdudlaşdırılması Müqaviləsi

Avropada Adi Silahların Məhdudlaşdırılması Müqaviləsi 1990-cı ildə Parisdə bağlanmışdı. Bu sazişə NATO-ya üzv 16 ölkə və Varşava Müqaviləsi Təşkilatına üzv olan 6 ölkə imzalamışdı. Bu müqaviləyə görə ölkələrin bloklar arasındakı sərhədlərdə bərabər sayda hərbi texnikası və silahları olmalıdır. NATO-nun əhatə dairəsi genişləndiyindən və VMT rəsmi olaraq ləğv edildiyindən 1999-cu ildə müqavilənin yenilənmiş variantı imzalanır. 2007-ci ildə Rusiya Şərqi Avropa ölkələrinin çoxunun NATO-ya üzv olmasını səbəb gətirərək müqaviləni icra etməkdən imtina edir. Buna cavab olaraq, 2011-ci ildə ABŞ da müqaviləni pozur.  

Bioloji və Toksin Silahına dair Konvensiya

Bakterioloji və toksin silahlarının hazırlanmasına, istehsalına və ehtiyata yığılmasına qadağa qoyulması və məhv edilməsi haqqında konvensiya 1972-ci ildə imzalanıb, 1975-ci ildə isə qüvvəyə minib. Hazırda müqaviləyə qoşulan 163 ölkə konvensiyaya əsasən, bioloji silah istehsalından və toplamasından imtina ediblər. ABŞ 1972-ci ildə konvensiyanı təsdiqləsə də , 2001-ci ildə ölkə höküməti konvensiyanın qarşılıqlı kontrol mexanizmini nəzərdə tutan protokolundan imtina edirlər.