Türkiyə sahillərində zəlzələ baş verib


Dünya 27 May 2020 08:44:00 152 0

Türkiyə sahillərində zəlzələ baş verib

Türkiyə sahillərinin Aralıq dənizində 4,0 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, zəlzələ yerli vaxtla saat 03:40-da qeydə alınıb.

Zəlzələnin episentri Datça vilayətinin Muğla rayonu sahillərində olub. Yeraltı təkanların ocağı 6,96 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.