Qazaxıstanda daha 335 nəfər koronavirusa yoluxub


Dünya 27 May 2020 08:59:00 164 0

Qazaxıstanda daha 335 nəfər koronavirusa yoluxub

Qazaxıstanda ötən sutka ərzində 335 nəfərdə yeni növ koronavirus aşkarlanıb.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, yeni yoluxma halları Nur-Sultan (78), Almatı (77), Çimkənd (38) şəhərlərində və Karaqanda (43), Atırau (21), Qərbi-Qazaxıstan (20), Jambıl (15), Şərqi Qazaxıstan (7), Qızılorda (7), Almatı (5), Turkestan (5), Aktyubinsk (4), Kostanay (4), Manqistausk (4), Pavlodar (4) və Şimali Qazaxıstan (3) vilayətlərində qeydə alınıb.

Məlumata əsasən, Qazaxıstanda koronavirusa yoluxanların ümumi sayı 9304 nəfərə çatıb.