Meksikada COVID-19 diaqnozu qoyulan 8 134 nəfər öldü


Dünya 27 May 2020 08:01:09 145 0

Meksikada COVID-19 diaqnozu qoyulan 8 134 nəfər öldü

Meksikada bir gündə koronavirusdan 501 ölüm qeydə alınıb.

Meksikada bir gündə koronavirusdan 501 ölüm qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyinin Epidemiologiya Şöbəsinin rəhbəri Xose Luis Alomia keçirdiyi mətbuat konfransının gedişatında bildirib.

O, qeyd edib ki, COVID-19-a yoluxmaların ümumi sayı 74 560-a, infeksiyanın yaratdığı xəstəlikdən ölənlərin sayı isə 8 134 nəfərə çatıb.

Meksikada COVID-19-a ilk yoluxma 28 fevralda aşkarlanıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, ötən gün ərzində virusa yoluxma hallarının ümumi sayı 3 455 artıb.