Salyandakı Mir Əşrəf ağa məscidində nadir çıraq saxlanılır FOTO


Digərləri 27 May 2020 07:44:00 153 0

Salyandakı Mir Əşrəf ağa məscidində nadir çıraq saxlanılır  FOTO

Salyandakı Mir Əşrəf ağa məscidində 150 ildən çox yaşı olan nadir çıraq saxlanılır. Bu günümüzə kimi gəlib çatan bu nadir çıraq məscidə gələnlərin də böyük marağına səbəb olur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, uzunluğu bir metr, ağırlığı isə 70 kiloqram olan çıraq Rusiyada istehsal edilib.

Mir Əşrəf ağa məscidi 113 il bundan əvvəl xeyriyyəçi usta Hacı Tağı bəy tərəfindən tikilib istifadəyə verildikdən sonra bu çıraq məscidə bağışlanıb və ondan ötən əsrin 50-ci illərinə kimi istifadə olunub.

Çırağı neftlə doldurmaq üçün xüsusi qaldırıcı mexanizmdən istifadə edilib.