Dinimizdə hansı idman növləri qadağandır?


Digərləri 26 May 2020 22:15:00 146 0

Dinimizdə hansı idman növləri qadağandır?

İslam dini idmanla məşğul olmağı təşviq edir, çünki idman sağlamlıq deməkdir. Bununla yanaşı, idmanla bağlı bəzi qaydalar və məhdudiyyətlər də vardır ki, bunlara mütləq riayət edilməlidir. Bu qaydaların ən əsaslarını qeyd edirik.

Birincisi, udub-uduzmaq şərti ilə (mərc gələrək) idman yarışına qatılmaq və bu cür yarışa azarkeşlik etmək haramdır. Bu, qumar sayılır.

İkincisi, qadınların idmanla məşğul olmaları yalnız hicaba riayət etmək şərtil ilə icazəlidir.

Üçüncüsü, humanizmə zidd olan, qarşı tərəfə ağır xəsarətlər yetirən qəddar idman növləri qəti qadağandır.