Hamı istəristəməz Ona təslimdir. Bir düşünün!


Digərləri 26 May 2020 20:20:00 182 0

Hamı istəristəməz Ona təslimdir. Bir düşünün!

Allah-Taala Qurani-Kərimin "Ali-İmran" surəsinin 83-cü ayəsində buyurur:

أَفَغَيْرَ دِينِ اللّهِ يَبْغُونَ وَلَهُ أَسْلَمَ مَن فِي السَّمَاوَاتِ وَالأَرْضِ طَوْعًا وَكَرْهًا وَإِلَيْهِ يُرْجَعُونَ

"Yoxsa onlar Allahın dinindən başqasını axtarırlar? Halbuki göylərdə və yerdə olanların hər biri istər-istəməz yalnız Ona təslimdir və Ona doğru qaytarılacaqdır."

Peyğəmbərin (s) haqq olmasına iman və şəhadətdən, aşkar möcüzələr və dəlillər gəldikdən sonra yenə kafir olanları Allah necə hidayət etsin?! Allah zalım qövmü hidayət etməz.

İmam Sadiq (ə) bu ayə haqqında buyurmuşdur: "Bizim Qaimimiz (İmam Mehdi) qiyam edən zaman bütün ölkələrdən "Lə iləhə illəllah, Muhəmməd rəsulullah" şüarı yüksələcək." ("Təfsiri-Əyyaşi", c.1, səh.183.)

Bildirişlər

1. Hidayət dəlilləri artdıqca və aydınlaşdıqca küfr və etinasızlıq təhlükəli olur.

2. İman gətirmək kifayət deyil. İmanın davamı və xoş aqibət zəruridir. İman gətirmiş insan üçün, daim dindən çıxmaq təhlükəsi var.