Maserati MC20 superkarını Stirlinq Mossa həsr edib FOTO


Digərləri 26 May 2020 19:30:00 155 0

Maserati MC20 superkarını Stirlinq Mossa həsr edib  FOTO

Əslində, Maserati şirkəti ortamühərrikli MC20 superkarını bu ay təqdim etməli idi. Lakin, koronavirus pandemiyası istehsalçının planlarını alt-üst edib. Məlum məsələdir ki, yeni superkarın ətrafında cərəyan ehtirasların azalmaması üçün müəyyən tədbirlər görmək gərəkdir. İtalyan istehsalçısı da məhz belə bir addım ataraq, superkarın yeni şəkillər toplusunu dərc edib.

Məlum məsələdir ki, superkar yenə də kamuflyaja malikdir. Lakin bu dəfə, avtomobilin örtüldüyü kamuflyajın naxışı, keçən ay vəfat etmiş əfsanəvi britaniyalı pilot Ser Stirlinq Mossa həsr edilib.

Son.az autograph.az-a istinadən bildirir ki, düz 64 il bundan əvvəl, Maserati 250F bolidini idarə edən Stirling Moss gərgin şəkildə keçən Monako Qran Prisində qalib gəlmişdi. Qeyd etmək gərəkdir ki, Moss 100 dövrəlik yarışda startdan finişə qədər liderlik etmişdi.

Bununla birlikdə, MC20 prototipinin naxışları Maserati 250F modelinə deyil, sonrakı Maserati Eldorado bolidinə aiddir. Bu avtomobil, avtoidman dünyasına aid olmayan bir marka tərəfindən maliyyələşdirilən ilk təkyerli yarış avtomobili olub. Söhbət dondurma istehsal edən Eldorado şirkətindən gedir.

1958-ci ildə Monzadakı trekdə Eldorado bolidində çıxış edən Moss, üç mərhələnin nəticələrinə görə yeddinci yeri tutub. Qırılan sükan mexanizmi ona yuxarı qalxmağa imkan verməmişdi. Avtomobil isə yalnız yüngül xəsarətlər alaraq, Maserati 250F bolidinin şassinin və Fantuzzi atelyesi tərəfindən əllə hazırlanmış alüminium kuzovunun kifayət qədər etibarlı və möhkəm olduğunu sübuta yetirmişdi.