Rusiyanın ilk Energetika naziri koronavirusdan vəfat etdi


Dünya 26 May 2020 16:38:00 154 0

Rusiyanın ilk Energetika naziri koronavirusdan vəfat etdi

Rusiyanın ilk Energetika naziri Vladimir Lopuxin 68 yaşında yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə onun dostu, yazıçı Denis Draqunski "Facebook"da bildirib.

Qeyd edək ki, V. Lopuxin Rusiyanın sabiq Prezidenti Boris Yeltsinin prezidentliyi dövründə - 1991-92-ci illərdə ilk hökumətin tərkibində Rusiyanın Energetika və Yanacaq naziri vəzifəsini icra edib. O, istefa  verdikdən sonra bank və kommersiya təşkilatlarında aparıcı vəzifələrdə çalışıb.