"İnformasiyaların qeyrimüəyyənliyi və çoxluğu da insanlara mənfi təsir göstərən məsələlərdəndir"


Digərləri 26 May 2020 14:21:00 147 0

"İnformasiyaların qeyrimüəyyənliyi və çoxluğu da insanlara mənfi təsir göstərən məsələlərdəndir"

"Hər bir kəs, ilk olaraq, qeyri-müəyyənliyi azaltmaq üçün çalışmalıdılar ki məlumatları doğru informasiya mənbələrindən əldə etsinlər"

İlk öncə, onu qeyd etmək istəyirəm ki, bütün kürəsəl epidemiyalar hər zaman insanlar üçün qorxulu olub. "Nəzərə alsaq ki, insanların əksəriyyəti bu situasiya ilə ilk dəfə qarşılaşırdı və karantin vəziyyətində qalırdılar, bu, normal olaraq, hər bir insanda qorxu, qayğı və stress yaratdı.

Bunu Son.az-a psixoloq Fidan Azərqızı söyləyib.

O bildirib ki, bu normal haldır: "Çünki qeyri-müəyyənlik var idi, pandemiya haqqında, tam olaraq, mütləq bir fikirdə deyildilər. Pandemiyanın nə zaman bitəcəyi haqqında hər hansı informasiyaların olmaması insanlarda stressi bir az da artırırdı.

"İnsanlar bu duruma fərqli yanaşdılar. Hər birimizin müşahidə etdiyi kimi, bir qrup insanlar bunu tamamilə normal qəbul edərək, rəsmi məlumatlara əsaslanaraq həyatlarını davam etdirdilər, qaydalara əməl etdilər, bir qrup isə xəstəliyə ciddi yanaşmadılar, laqeydlik etdilər və qaydalara əməl etməkdən çəkindilər. Üçüncü qrup insanlar isə tamamilə stress hissi keçirib və panikaya düşdülər.

İnsanların pandemiyaya yanaşmasının individual olduğu kimi karantin dövrünə də yanaşmaları fərqli olub. Karantin dövründə bir neçə mərhələdən keçdik. İlkin mərhələdə bu, bir qrup insan tərəfindən maraqla qarşılandı. Bir çoxları üçün uzun müddət sonra evdə qalıb istirahət etmək imkanı yarandı. Bəzi insanların əksəriyyətində bezginlik hissi yarandı, onlar bu durumdan sıxılmağa başladılar. İnsanların bir qismində depressiv epizodlar müşahidə etməyə başladıq. Belə ki, onlar bu halı qəbul etmiş və depressiv hal yaşayırdılar. Təbii ki, bu da başa düşülən idi.

Çox insanlar soruşur ki, "pandemiya dövründə insanlarda hansı psixoloji proseslər baş verdi?" Bunu tam olaraq qeyd etmək mümkün deyil. Bir müddət sonra bu sualın cavabını dəqiq vermək olar. Amma insanların davranışlarında, düşüncələrində müəyyən dəyişikliklər oldu".

O bildirib ki, pandemiya ilə bağlı tətbiq olunan karantin rejiminin müsbət tərəfləri də olub: "İnsanlar arasında yardımlaşma mədəniyyətinin yenidən aktual olmasına gətirib çıxartdı, bəzi insanlar özləri ilə bağlı müəyyən kəşflər etdilər, uzun müddətdir dincələ bilməyən şəxslər üçün istirahət etmək imkanı yarandı. Amma bunu hər kəsə aid etmək olmaz, çünki tamamilə, bunun əksini yaşayanlar da oldu.