Bakıda 26 dərəcə isti olacaq


Digərləri 26 May 2020 13:22:00 162 0

Bakıda 26 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 27-nə olan hava proqnozunu açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 27-nə olan hava proqnozunu açıqlayıb.

Milli Hidrometeorologiya Xidmətindən Son.az-a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.