İsveçdə işsizlik artıb


Dünya 26 May 2020 12:04:00 150 0

İsveçdə işsizlik artıb

İsveçdə işsizlik səviyyəsi hökumətin ölkədə yeni bir növ koronavirusun yayılmasına qarşı ciddi məhdudlaşdırıcı tədbirlər tətbiq etməkdən imtina etməsinə baxmayaraq aprel ayında 6,7% -dən 7,9% -ə yüksəlib.

Son.az APA-ya istinadla bildirir ki,bu barədə İsveç Statistika İdarəsinin açıqladığı hesabatda qeyd olunub.

Məlumata əsasən, mövsümi amillər nəzərə alınmadan işsizlik səviyyəsi 8,2% təşkil edib.

Beləliklə, aprel ayında İsveçdə işsizlik iqtisadçıların 7,8% səviyyəsində gözlənilən proqnozlarını üstələyib.

Analitiklər məcburi məzuniyyətə göndərilən işçilər yaxın gələcəkdə işə qayıtmasa, İsveçdəki işsizlik səviyyəsinin 17% -ə yüksələ biləcəyini proqnozlaşdırırlar.