"Wood Mackenzie": AzəriÇıraqGünəşli yatağı payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır


Digərləri 26 May 2020 11:02:00 152 0

"Wood Mackenzie": AzəriÇıraqGünəşli yatağı payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft yataqları blokunun işlənməsi layihəsində iştirak vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır.

Son.az bildirir ki, bunu Trend-ə "Wood Mackenzie" beynəlxalq konsaltinq şirkətinin Xəzər regionu və Avropa üzrə baş analitiki Eşli Şerman AÇG-də "ExxonMobil" şirkətinin payının satılması məsələsini şərh edərkən deyib.

O bildirib ki, indi bazarda ucuz neft qiymətləri ilə əlaqədar aktivlərin satışına yönəlmiş şirkətlər üçün çətin dövrdür:

"İndi alıcılar elə də çox deyil, çünki əsas sektor pul vəsaitlərinin qorunmasına diqqət ayırıb".

E.Şerman bildirib ki, bununla belə, AÇG və Bakı-Tbilisi-Ceyhan, payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır. Çünki bu aktivlər stabil vergi şəraitində uzunmüddətli və ucuz neft hasilatını təklif edir:

"MOL və "Chevron" arasındakı saziş göstərir ki, AÇG-də pay inkişaf ambisiyalarının reallaşdırılması üçün böyük əhəmiyyət kəsb edə bilər".