Rusiyada vertolyot qəzası:


Dünya 26 May 2020 09:26:00 268 0

Rusiyada vertolyot qəzası:

Rusiyanın Çukotka muxtar dairəsində "Mi-8" hərbi vertolyotunun sərt enişi zamanı 4 nəfər həlak olub.

Son.az APA-ya istinadla bildirir ki, hadisə Anadırada yerləşən Kömür Mədənləri hava limanında baş verib. Hərbi vertolyot qəzaya uğradıqdan sonra güclü yanğın baş verib.

Çukotka rəsmi dairələrindən bildirilib ki, ilkin məlumata görə, vertolyotun qəzaya uğramasına texniki problemlər səbəb olub.

Vertolyotun 15 metr hündürlükdən yerə çırpıldığı bildirilib.