Yeni Zelandiyada zəlzələ olub


Dünya 26 May 2020 08:33:00 153 0

Yeni Zelandiyada zəlzələ olub

Yeni Zelandiyada 5,2 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, zəlzələ ölkə paytaxtı Vellinqtondan 30 kilometr şimalda olan kiçik Levin şəhərciyində baş verib.

Təsiri paytaxta hiss edilən yeraltı təkanların ocağı 33 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.