Britaniyada COVID19 əleyhinə peyvəndin istehsal tarixi açıqlandı


Digərləri 26 May 2020 08:05:00 151 0

Britaniyada COVID19 əleyhinə peyvəndin istehsal tarixi açıqlandı

Böyük Britaniyanın "AstraZeneca" əczaçılıq şirkəti testlərin nəticələri müsbət olacağı təqdirdə Oksford Universiteti ilə birgə hazırladığı COVID-19 infeksiyası əleyhinə vaksinin kütləvi istehsalına sentyabr ayında başlamağı planlaşdırır.

Son.az ted.az-a istinadən bildirir ki, şirkət azı 400 milyon vaksinin çatdırılması üzrə ilk müqaviləni imzalayıb, həmçinin milyard doza hazırlamaq üçün şərait yaradıb. "AstraZeneca" 2020-ci ilin sentyabrında ilk çatdırılmaları həyata keçirmək niyyətindədir.

"Koronavirusa qarşı vaksinin hazırlanması və istehsalı prosesinin sürətləndirilməsi üçün göstərdiyi dəstəyə görə ABŞ və Böyük Britaniya hökumətlərinə minnətdarıq. Vaksini tezliklə hazırlamaq və onu əlçatan etmək üçün əlimizdən gələni edəcəyik", - deyə şirkət rəhbəri Paskal Soriot bildirib.

ABŞ hökuməti koronavirus əleyhinə peyvəndin hazırlanması üçün "AstraZeneca"ya bir milyard dollardan çox vəsait köçürüb.