Britaniyada bəzi mağazalar açılır


Dünya 26 May 2020 07:45:00 145 0

Britaniyada bəzi mağazalar açılır

Britaniyada qeyri-ərzaq dükanları iyun ayının 15-dən fəaliyyətlərini bərpa edə bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin baş naziri Boris Conson brifinqdə deyib.

Qeyri-ərzaq dükanlarının açılışı 23 martda koronavirus pandemiyası səbəbindən tətbiq edilən karantin yumşaldılmasının ikinci mərhələsində nəzərdə tutulub.

Baş nazir, həmçinin 1 iyun tarixindən ibtidai məktəblərin hazırlıq, birinci və son (altıncı) siniflərindən olan uşaqların təhsilə qayıdacaqlarını təsdiqləyib.