Bu 2 ərzaq infarkt və insultdan qoruyur


Digərləri 25 May 2020 21:30:00 146 0

Bu 2 ərzaq infarkt və insultdan qoruyur

D vitamini ilə zəngin qidalar ürək beyin və damarları üçün çox faydalıdır.

Son.az medicina.az-a istinadən bildirir ki, Afina Universitetinin alimləri 2 qidanın infarkt və insulta qarşı təsirli olduğunu sübut edib.

Journal of Human Nutrition and Dietetics dərgisində son elmi tədqiqatda 4000 nəfər qadın və kişinin üzərində 2001-2012 ci illərdə apardıqları qeyd olunub.

Bu adamların 10 il ərzində aylıq qida rasionu və ürək-damarlarının vəziyyəti qeydə alınırdı.

Toplanmış məlumatların analizi göstərdi ki, bu insanlar arasında rasionunda D vitamini ilə zəngin qidalar, xüsusən yumurta, sarı pendir, balıq olanlarda ürək-damar, beyin problemləri ən aşağı səviyyədə olub.