İsraildə teatrlar və konsert salonları iyunda açılacaq


Dünya 25 May 2020 19:34:00 152 0

İsraildə teatrlar və konsert salonları iyunda açılacaq

İsraildə 14 iyun tarixindən etibarən teatr tamaşaları və qapalı konsertlərə icazə veriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Turizm Nazirliyi xəbər yayıb.

Bildirilir ki, Səhiyyə Nazirliyinin qaydaları tamaşaçılara və mədəniyyət işçilərinə şamil olunacaq. Mədəniyyət mərkəzlərinə gələnlər iki metrlik sosial məsafə saxlamalı, şəxsi gigiyena qaydalarına riayət etməli və qoruyucu maskalar taxmalıdırlar. Binanın girişində müsafirlərin temperaturu ölçüləcək.

Tamaşa və konsertlərin biletləri yalnız onlayn olaraq satılacaq. Bilet alan şəxslər arasında bir boş oturacaq saxlanılmalı, salonlarda sıxlıq 75 faizdən çox olmamalıdır. Bütün teatr tamaşaları və konsertlər fasiləsiz keçiriləcək.