Koronavirusa görə toyları təxirə düşdü


Digərləri 25 May 2020 18:34:00 157 0

Koronavirusa görə toyları təxirə düşdü

Rusiyalı aktrisa, model Nataliya Vodyanova toyunu təxirə salıb.

Son.az axşam.az-a istinadən bildirir ki,sənətçi bu gün Kosta-Rokoda sevgilisi Antuan Arno ilə nikah masasına oturmağa hazırlaşırdı. Cütlüyün planı koronavirusa görə yarımçıq qalıb.

Sevgilisi toyu payızda etməyi istəsə də, Nataliya razılaşmayıb. O, toyunun yayda olmasını istədiyi üçün nikahı gələn yaya qədər uzadıb. Cütlük toya 300 qonaq çağırıb.

"Bütün hazırlıqlar təxirə salındı. Toy paltarım da qaldı. Toyu bir il sonra edəcəyik. Çünki ssenarini dəyişmək istəmirəm. Hər şey həmin tarix üçün planlaşdırılıb. Mənim üçün bu problem deyil" deyə, model söyləyib.