Baş naziri canlı yayımda olduğu zaman zəlzələ baş verdi
Dünya 25 May 2020 18:40:00 148 0
Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bazar ertəsi günü ölkənin Şimal adasında baş verən zəlzələ zamanı özünün televiziyadakı canlı çıxışını dayandırmayıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hökumət başçısı təkanlar bitəndən sonra nitqinə davam edib.
Yeni Zelandiyanın dövlət geofizika xidmətinin məlumatına görə, yerli vaxtla səhər 08:00-da, Oklenddən şimalda 45 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 5.8 olub.
Şimal adasının bütün qərb sahili boyu, eləcə də paytaxt Vellinqtonda təkanlar hiss edilib.
Mənbə: milli.az