Gürcüstan XİN-də Ukraynadakı səfirlə məsləhətləşmələr aparılır


Dünya 25 May 2020 12:33:55 148 0

Gürcüstan XİN-də Ukraynadakı səfirlə məsləhətləşmələr aparılır

Gürcüstanın Xarici İşlər Nazirliyində ölkənin Ukraynadakı səfiri Teymuraz Şaraşenidze ilə məsləhətləşmələr aparılır.

Gürcüstanın Xarici İşlər Nazirliyi

Gürcüstanın Xarici İşlər Nazirliyindəölkənin Ukraynadakı səfiri Teymuraz Şaraşenidze ilə məsləhətləşmələr aparılır.

“Report”un yerli bürosu xəbər verir ki, məsləhətləşmələr zamanı yeni reallıqda Gürcüstan-Ukrayna münasibətlərinə dair məsələlər müzakirə olunacaq.

T.Şaraşenidze bildirib ki, Mixeil Saakaşvilinin Ukraynada rəsmi vəzifəyə təyinatı iki ölkə arasındakı münasibətləri gərginləşdirməyəcək.

Qeyd edək ki, mayın 8-də M.Saakaşvili Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunub. Bundan sonra Gürcüstan bu ölkədəki səfirini məsləhətləşmələr üçün Tbilisiyə çağırıb.