İkinci Ay tutulmasının vaxtı bilindi


Dünya 25 May 2020 12:39:00 174 0

İkinci Ay tutulmasının vaxtı bilindi

2020-ci ilin ikinci Ay tutulmasının vaxtı məlum olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, ikinci Ay tutulması 2020-ci il iyun ayının 5-dən 6-na keçən gecə baş verəcək.

Bu, yarımkölgəli Ay tutulmasıdır.

Tutulma hadisəsi saat 21:46-da başlayacaq və saat 01:04-də sona çatacaq.

Tutulmanın maksimumu saat 23:26-da olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə ediləcək. Adi gözlə yox, yalnız xüsusi cihazlar vasitəsilə prosesi müşahidə etmək mümkün olacaq.