Sevgilisi ilə çimərliyə gedən 22 yaşlı qız dənizdə batdı FOTO


Dünya 25 May 2020 11:34:00 158 0

Sevgilisi ilə çimərliyə gedən 22 yaşlı qız dənizdə batdı  FOTO

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejiminin ləğv edildiyi Şimali Kipr Türk Cümhuriyyətində üzmək üçün dənizə gedən iki tələbə geri qayıtmayıblar.

Son.az publika.az-a istinadla xəbər verir ki, universitet məzunları olan 22 yaşlı Gözde Nur Binbirin və 27 yaşlı Mehmet Ceyhanın dənizdə batdığı məlum olub.

Sahil Təhlükəsizlik Qüvvələri Gözdənin cəsədini tapa biliblər. Mehmetin axtarışı davam edir.

Faktla bağlı araşdırma aparılır.