Koronavirusa əhəmiyyət verilməyən ölkə yoluxanların sayına görə ikinci yerdədir


Dünya 25 May 2020 11:40:00 143 0

Koronavirusa əhəmiyyət verilməyən ölkə yoluxanların sayına görə ikinci yerdədir

Braziliya koronavirusa yoluxanların sayına görə ikinci yerə qalxıb.

Son.az xarici mətbuata istinadla bildirir ki, ölkədə koronavirusdan ölənlərin sayı 22 mini keçib, xəstəxanalarda yer qalmayıb.

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının "Twitter" səhifəsində yayılan məlumata görə ABŞ administrasiyası tibbi yardım kimi Braziliyaya min ədəd süni tənəffüs cihazı göndərir.

Bundan başqa ABŞ son 14 gün ərzində Braziliyaya səfər etmiş əcnəbilərin ölkəyə girişinə qadağa qoyub.

Bir müddət əvvəl Braziliyanın Amazonas əyalətinin mərkəzi şəhəri olan Manaosda Covid-19-dan ölənlər üçün kütləvi məzar qazılmağa başlayıb.