Mingəçevirdəki 13 nəfərin vurulduğun qəzada yaralanan azyaşlı təcili Bakıya gətirildi


Digərləri 25 May 2020 11:14:00 174 0

Mingəçevirdəki 13 nəfərin vurulduğun qəzada yaralanan azyaşlı təcili Bakıya gətirildi

Ötən gün Mingəçevirdə baş verən qəzada ağır xəsarət alan azyaşlı uşaqlardan biri təcili Bakıya gətirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə şəxsi Feysbuk hesabında paylaşım edib.

O bildirib ki, 13 nəfər xəsarət alanlardan 9 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Xəstəxanada qalan 4 uşaqdan biri isə dünən təcili şəkildə Bakı Sağlamlıq Mərkəzinə göndərilib.

Qalan 3 uşaq Mingəçevir xəstəxanasında müalicə alır.

Xatırladaq ki, ötən gün Mingəçevirdə həyat yoldaşı tərəfindən avtomobil sürməyi öyrənən qadın idarəetməni itirərək, Ramazan bayramı münasibətilə həyətdə süfrə arxasında əyləşən insanları vurub.