Azərbaycanda faktiki hava şəraiti açıqlandı


Digərləri 25 May 2020 11:21:00 167 0

Azərbaycanda faktiki hava şəraiti açıqlandı

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Son.az-a verilən məlumata görə, mayın 25-i səhərədək bəzi şimal və qərb rayonlarında yağış yağıb.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 8 mm, Zaqatala, Kişçayda (Şəki) 3 mm, Daşkəsən, Ağdərə, Tovuz, Balakən, Lerikdə 2 mm, Şahbuz, Ordubad, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Ağstafa, Oğuz, Şəki, Qrız, Mingəçevir, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Astara, Xınalıqda 1 mm olub.

Mayın 25-i səhər saatlarından güclü-şimal küləyi zəifləyib, dalğanın hündürlüyü Neft Daşları stansiyasının məlumatına əsasən 2.6 metrə enib.

Qeyd: Mayın 25-də gün ərzində hava şəraiti Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcək, mülayim şimal-şərq küləyi əsəcək.