"Evimiz yanıb kül oldu" Azad


Şou-biznes 25 May 2020 10:55:00 192 0

"Evimiz yanıb kül oldu"  Azad

Müğənni Azad Şabanov evinin yandığını söyləyib.

Son.az axşam.az-a istinadən bildirir ki,sənətçi bu haqda İnstaqram-da canlı yayımda deyib. O bildirib ki, bir gecədə hər şeyləri yanıb:

"Çoxdan olub, xəbəri yaymağı sevmirəm. Bayıl tərəfdə yerləşən evimiz yanıb kül oldu. Bir gecədə heç nəyimiz qalmadı. Ancaq maşınım qaldı. Bağ evi tikdirirdik, onu hazırladıq, valideynlərim ora köçdü. Mən isə həmin vaxtdan kirayədə qalıram. Yanan evi də düzəltdik, ora qardaşım köçdü".