Qazaxıstanda koronavirusa yoluxanların sayı 8,5 min nəfəri ötüb


Dünya 25 May 2020 09:14:20 156 0

Qazaxıstanda koronavirusa yoluxanların sayı 8,5 min nəfəri ötüb

Qazaxıstanda ötən sutka ərzində 209 nəfərdə yeni növ koronavirus aşkarlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, yeni yoluxma halları Almatı (37), Nur-Sultan (32) şəhərlərində və Karaqanda (33), Jambıl (33), Qərbi-Qazaxıstan (28), Atırau (12), Pavlodar (10), Aktyubinsk (6), Qızılorda (6), Almatı (4), Şərqi Qazaxıstan (4), Kostanay (2), Akmolinsk (1) və Manqistausk (1) vilayətlərində qeydə alınıb.

Məlumata əsasən, Qazaxıstanda koronavirusa yoluxanların ümumi sayı 8531 nəfərə çatıb.