Britaniyada COVID-19-dan ölənlərin sayı 36,8 min nəfərə yüksəldi


Dünya 25 May 2020 04:03:00 154 0

Britaniyada COVID-19-dan ölənlərin sayı 36,8 min nəfərə yüksəldi

Son bir gündə Böyük Britaniyada koronavirusdan daha 118 nəfər ölüb.

Son bir gündə Böyük Britaniyada koronavirusdan daha 118 nəfər ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə ölkənin baş naziri Boris Conson bildirib.

O, qeyd edib ki, bununla da COVID-19 qurbanlarının sayı 36 793-ə çatıb.

Son 24 saatda ölkədə daha 2 409 nəfərin koronavirusa yoluxması aşkarlanıb. Beləliklə, krallıq koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 259 559-a qədər artıb.

Bir gün əvvəl Böyük Britaniyada sutka ərzində pandemiyadan ölənlərin sayı 282 nəfər, xəstəliyə yeni yoluxma halları 2 959 təşkil edib.

Adətən istirahət günlərində ölüm faizi və yoluxma göstəriciləri aşağı olur.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.