Ayaqda qıcolmalara qarşı nə etməli ƏN SADƏ ÜSUL VİDEO


Digərləri 25 May 2020 03:30:00 163 0

Ayaqda qıcolmalara qarşı nə etməli  ƏN SADƏ ÜSUL  VİDEO

Ayaq əzələlərinin qıcolması-qəflətən yaranan kəskin ağrıdır. Qıcolma zamanı əzələlər gərginləşərək sərtləşir və bərkiyir.

Qıcolmalar ayağın müxtəlif hissələrində, xüsusən baldır əzələlərində yaranır. Əgər qıcolma nadir hallarda baş verirsə narahat olmaq lazım deyil. Bu zaman rahat vəziyyət almaq və gərilmiş əzələləri yüngül masaj etmək lazımdır.

Qıcolmalar tez -tez baş verərsə onun yaranma səbəbini müəyyən etmək lazımdır.

SƏBƏBLƏRİ:

-orqanizmin maye itkisi (elektrolitlərin, mikroelementlərin orqanizmdən xaric olması)

-orqanizmdə vitamin və mineral maddələrin defisiti (kalsi, maqni, vitamin D) Bu maddələr sinir impulslarının əzələlərə ötürülməsində iştirak edirlər.

-həddindən artıq zülal qəbulu-kalsinin mənimsənilməsinə mane olur.

-temperaturun kəskin dəyişməsi (məs. soyuq suda çimdikdə )

-fiziki gərginlik (xüsusən idmançılarda )

-bəzi xəstəliklər (şəkərli diabet, varikoz, qalxanabənzər vəzi xəstəliyi, yastıpəncəlilik, baş beyin şişləri)