Dünyanın ən ekzotik 10 adası FOTO


Digərləri 25 May 2020 02:30:00 174 0

Dünyanın ən ekzotik 10 adası  FOTO

Bəzilərinin ömrünün sonuna qədər yaşamaq istədiyi, bəzilərinin isə sadəcə ruhunu dinləndirmək üçün getdiyi adalar turizm üçün böyük əhəmiyyətə sahibdir.

Son.az dünyanın ən məftunedici 10 adasını təqdim edir.

Bora Bora, Fransız Polineziyası

Bora Bora dünyada gedilməsi ən çətin yerlərdən biridir. Amma sahib olduğu təbii gözəlliyi ilə bir çox insan tərəfindən Yer üzündəki ən gözəl məkan kimi təqdim edilir. Təbiətsevərlərlə yanaşı, dalğıclar üçün də ideal məkan olan Bora Bora mavi suyu ilə səyahətçiləri sehrə salır.

Azor adaları, Portuqaliya

Atlantik okeanında yerləşən Azor arxipelaqı ABŞ kəşf edilənə qədər uzun müddət avropalıların Qərbdə getdikləri ən uc nöqtə olub. Real təbiət möcüzəsi olan Azor turizm baxımından çox inkişaf edib.

Santorini, Yunanıstan

Dünya elitasının ən sevdiyi məkanlardan biri olan Santorini turizm mövsümündə minlərlə insana ev sahibliyi edir.

Kapri, İtaliya

Gedənlərin qayıtmaq istəmədiyi ada kimi tanınan Kapri italiyan həyat tərzinin ən gözəl nümunələrindən biridir. Yaşıl ilə mavinin, tarixi abidələrin bir arada olduğu Kapri Napoliyə çox yaxın məsafədə yerləşir.

Bali, İndoneziya

İndoneziya deyiləndə ağla ilk gələn yerlərdən biri şübhəsiz, Balidir. Təbiət möcüzəsi ada olan Bali tarixi məbədləri, çəltiyi və lüks turizm müəssisələri ilə məşhurdur.