ABŞ-da koronavirus qurbanlarının sayı 99 minə çatır


Dünya 25 May 2020 02:19:00 136 0

ABŞ-da koronavirus qurbanlarının sayı 99 minə çatır

Son gün ərzində ABŞ-da koronavirusdan ölənlərin sayı 1 010 nəfər artıb.

Son gün ərzində ABŞ-da koronavirusdan ölənlərin sayı 1 010 nəfər artıb.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 98 706-a çatıb.

ABŞ əvvəlki kimi dünyada pandemiyanın mərkəzi olaraq koronavirusdan ən çox zərər çəkən ölkə olaraq qalır.

Məlumata görə, son gün ərzində virusa yoluxan amerikalıların sayı 21 281 nəfər artıb. Beləliklə, Birləşmiş Ştatlarda COVID-19 xəstələrinin sayı 1 668 493-ə yüksəlib.

Siyahıda ABŞ-dan sonra ikinci yerə Braziliya çıxıb. Bu ölkədə təhlükəli virusa 349 113 yoluxma təsdiqlənib. Siyahıda üçüncü yerdə Rusiyanın (344 481 yoluxma) və İspaniyanın (282 370) da adları var.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.