Böyüklər belə başa düşmür, gərək onlara "yüz minlik ev" deyəsən 100 dilə tərcümə olunmuş kitabdan SEÇMƏLƏR


Digərləri 24 May 2020 21:20:00 152 0

Böyüklər belə başa düşmür, gərək onlara "yüz minlik ev" deyəsən  100 dilə tərcümə olunmuş kitabdan SEÇMƏLƏR

Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri olan "Balaca şahzadə" dünyanın 100 dilinə tərcümə edilib. Onun içindən dünyaya, qəzet, jurnal və kitab səhifələrinə səpələnən aforimzlər çox məşhurdur.

Son.az onlardan bəzilərini təqdim edir:

*

"Böyüklərə deyəndə ki, çəhrayı kərpicli gözəl bir ev gördüm, pəncərəsində ətirşah vardı, tavanında göyərçinlər", - onlar bu evi heç cürə təsəvvür edə bilmirlər. Bunun üçün onlara belə demək lazım idi: "Mən yüz min frank dəyəri olan bir ev gördüm", - belədə onlar heyrətlənərdilər: "Nə gözəl!" *

"Heç hara baxmadan yolun ağına düşüb düpbədüz getsən, çox uzağa gedə bilmzəsən ". *

"İnsanlar bir bağda beş min dəfə gəzib dolaşırlar... ancaq burda axtardıqlarını tapmırlar ki, tapmırlar... "

*

"Lovğa insanların qulağı tərifdən özgə hər şeyə kardır " *