Türkiyədə koronavirusdan sağalanların sayı 120 minə yaxınlaşır


Dünya 24 May 2020 21:15:00 122 0

Türkiyədə koronavirusdan sağalanların sayı 120 minə yaxınlaşır

Türkiyədə son 24 saat ərzində daha 32 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 340 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 141 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 156 827 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 092 nəfər olmaqla 118 694 nəfər təşkil edir.