İmmun sistemini viruslara qarşı gücləndirməyin yolları


Digərləri 24 May 2020 20:50:00 141 0

İmmun sistemini viruslara qarşı gücləndirməyin yolları

İmmun sisteminin dəstəklənməsi və gücləndirilməsi, xəstəliklərə qarşı müqavimət qazanmaq, soyuqdəymə, qrip, eyni zamanda xərçəngə yoluxma ehtimalını azaltmaq üçün ən önəmli nöqtədir. Təkrarlanan və ya xroniki infeksiyalar immun siteminin zəiflədiyi vəziyyətdə ortaya çıxır. Zəif immun sistemi infeksiyaya yol açır, infeksiya immun siteminə zərər verir və bu da bədənin müqavimətini zəiflədir.

Son.az immun sistemini viruslara qarşı gücləndirməyin yolları ilə tanış edir.

1. Ayaqlarınızı isti saxlayın

Bu barədə çox şey deyilib və Yaponiya kimi ölkələrdə çox uzun müddət tətbiq edilib. Ayaqların uzun müddət soyumasına bədən soyuqdəymə və ya qrip ilə cavab verir. Odur ki, həm gündüz, həm də gecə ayaqlarınızı isti saxlamağa çalışın.

2. Xalq təbabəti ilə profilaktik tədbirlər

İmmun sistemini gücləndirməyə kömək edən ən sadə və təsirli qidalar zəncəfil kökü, limon, bal, mixəkdir. Bu inqredientlərdən çay hazırlayın. Belə içki yalnız soyuq mövsümdə təsir göstərmir, həm də immun sistemini mükəmməl şəkildə gücləndirir.

Resept: 300-350 ml qaynar su, 3 sm zəncəfil kökü, 5 ədəd qurudulmuş mixək, bir neçə dilim limon.

Balı çay soyuduqdan sonra əlavə edin, çünki yüksək temperaturda faydalı xüsusiyyətlərini itirir.

3. Maye

Gün ərzində 1-2 litr su için.

4. Fiziki fəaliyyət