BakıQuba yolunda “KamAZ”ın vurduğu Rusiya vətəndaşı öldü


Digərləri 24 May 2020 13:52:00 180 0

BakıQuba yolunda “KamAZ”ın vurduğu Rusiya vətəndaşı öldü

Rusiya vətəndaşı "KamAZ"-ın altında qalaraq ölüb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Quba yolunun 45-cı kilometrliyində baş verib.

Daş yüklü "KamAZ" markalı yük maşını ehtiyatsızlıqdan Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşı  1979-cu il təvəllüdlü Zalibekov Maqammed Zalibekoviçi vuraraq üstündən keçib. Yük maşının altında qalan 41 yaşlı Rusiya vətəndaşı hadisə yerində ölüb.

Ölən şəxs TIR sürücüsü olub. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.