Təyyarənin qəza yerində sağ uşaq tapıldı ÜRƏKDAĞLAYAN VİDEO


Digərləri 24 May 2020 01:30:00 167 0

Təyyarənin qəza yerində sağ uşaq tapıldı  ÜRƏKDAĞLAYAN VİDEO

Pakistanın "Airbus A320" təyyarəsinin qəzaya uğradığı yerdə sağ uşaq tapılıb.

Son.az xəbər verir ki, uşağın ailəsinin təyyarənin düşdüyü yerdə dağılan evlərin birində yaşadığı ehtimal edilir.

Hələlik valideynlərin kimliyi məlum deyil.

Bildirək ki, Pakistan Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsi Kəraçi şəhəri yaxınlığında binalara çarpılıb.

Enişdən əvvəl pilot mühərrikdəki problemlər barədə dispetçerə məlumat verib.

Təyyarənin göyərtəsində 91 sərnişin və 8 ekipaj üzvü olub. Həlak olanların dəqiq sayı hələ müəyyənləşdirilməyib.