Ubisoft Apple və Googleu məhkəməyə verdi


Digərləri 23 May 2020 23:45:00 158 0

Ubisoft Apple və Googleu məhkəməyə verdi

Dünyanın ən böyük oyun firmalarından olan Ubisoft texnologiya nəhəngləri Apple və Google-u məhkəməyə verib.

Son.az ted.az-a istinadən bildirir ki, buna Çinin Alibaba Group şirkəti tərəfindən iOS və Android üçün yaradılan Area F2 oyununun məşhur Rainbow Six Siege-in plagiatı olması səbəb olub.

Ubisoft rəsmiləri sözügedən oyunun Play Store ilə App Store-dan silinməsini istəsələr də Apple və Google tərəfi lazımi addımı atmamışdı.

Hazırda Area F2 oyununun Play Store silindiyi bildirilir. Sözügedən addımın birbaşa yaradıcılar tərəfindən atıldığı qeyd olunur. Apple rəsmiləri isə hələlik sükunəti qoruyurlar.