Apple şirkəti istifadəçiləri izləməkdə ittiham olunur


Digərləri 23 May 2020 21:20:00 124 0

Apple şirkəti istifadəçiləri izləməkdə ittiham olunur

Apple şirkətini Siri səs köməkçisi vasitəsilə istifadəçilərini kütləvi şəkildə izləməkdə ittiham edirlər. Şirkətə qarşı təcili tədbir görmək tələb olunur.

Son.az ted.az-a istinadən bildirir ki, bu haqda The Guardian nəşri məlumat yayıb.

Məlumat görə, şirkətdən sui-istifadə şikayətini Apple şirkətinin keçmiş subpodratçısı Thomas le Bonniec edib.

Thomas le Bonniec Amerika korporasiyası tərəfindən istifadəçi söhbətlərini qeyd və təhlil edildiyini bildirib: "Bununla da əhalinin təməl vətəndaş hüquqlarını pozurlar. Məlumatların toplanması və saxlanması ilə məşğul olan Avropa tənzimləyicilərinin bütün ofislərinə bununla bağlı müvafiq məktub göndərilib.