Gulfstream G550 hər detalı ilə möhtəşəm olan cet FOTO


Digərləri 23 May 2020 22:01:00 147 0

Gulfstream G550  hər detalı ilə möhtəşəm olan cet  FOTO

Nüfuzlu Robert J. Collier mükafatını qazanan və sahibləri tərəfindən ən sərfəli biznes cet adlandırılan Gulfstream G550, çox sayda azarkeş qazanıb. Bəs bu uğurun sirri nədir?

Gulfstream G550 - amerikan təyyarə istehsalçısı olan Gulfstream Aerospace Corporation korporasiyasının ən məşhur işgüzar reaktiv modellərindən biridir. Nəhəng illuminatorlar sayəsində G550 asanlıqla tanınır və tez-tez Hollivud blokbasterlərində görünür.

Son.az autograph.az-a istinadən bildirir ki, qırxdan çox sürət rekordlarını qeydə alan Gulfstream G550 özünü ən sürətli və uzunmənzilli biznes ceti kimi ad qazanıb. Yüksək sürətini (0.85 Maxa qədər) böyük uçuş diapazonu (12,501 kilometr) ilə birləşdirən bu beznes cet, uzunmənzilli uçuşlar üçün optimal hesab olunur.

İnfraqırmızı kameraları daxil olan, xüsusi idarəetmə sistemi və yaxşılaşdşrılmış görmə sistemləri G550 təyyarəsinə pis görüntü şəraitində qalxmasına və enməsinə imkan verir. Eyni zamanda, qabaqcıl avionika sayəsində təyyarə qısa uçuş-enmə zolağı olan yüksək hündürlükdə yerləşən hava limanlarından istifadə edə bilir.

G550 ceti möhtəşən uçuş qabiliyyətlərini iki güclü Rolls-Royce BR 710 reaktiv mühərrikləri və füzelyajın yaxşı aerodinamikası sayəsində ədə edib, əla uçuşun rahatlığını isə, ən xırda detallarına qədər düşünülmüş kabin infrastrukturu təmin edir.

Salon

Gulfstream G550 modeli 19 sərnişinin daşınması üçün sertifikat alsa da, praktikada belə quruluşa rast gəlinmir. Cetin standart sərnişin tutumu təxminən 13-14 nəfərdir, lakin dar füzelyaja baxmayaraq, sərnişinlər maksimum rahatlıqla yerləşdirilir: salonun uzunluğu 13,39 metr, eni - 2,24 metr və hündürlüyü isə 1,88 metrdir.

Gulfstream cetinin 14 ovalşəkilli pəncərəsii kabini təbii işıqla doldurur. Buraya, çox aşağı barometrik yüksəklik ilə birlikdə tamamilə təmiz havanı da əlavə edin. Bunlar, təsiri əvəzolunmaz olan incə ştrixlərdır. Təbii işıq və təmiz havanın bolluğu sərnişinlərə iş qabiliyyəti qorumağa və diqqətlərini cəmləməyə kömək edir.

Aşağı barometrik yüksəklikdə, insanın orqanizmi o qədər də gərginlik hiss etmir və sərnişinlər getdikləri yerə istirahət etmiş və çalışmağa hazır vəziyyətdə çatırlar. Gulfstream G550 cetinin sakit salonu da əvhal-ruhiyyəni yaxşılaşdırmağa xidmət edir. Qabaqcıl səs-küy boğma üsulları mühərrik səs-küyünü yarandığı yerdə - yəni, təyyarənin bortundan kənarda, - qalmasını təmin edir.