Təhlükəsizlik problemi yaşanan Zoom video xidmətinə alternativ tətbiqlər


Digərləri 23 May 2020 22:10:00 174 0

Təhlükəsizlik problemi yaşanan Zoom video xidmətinə alternativ tətbiqlər

Dünya miqyasında tətbiq olunan özünü təcrid rejimi dönəmində Zoom istifadəçilərinin bir neçə dəfə proqramdan şikayət etdiklərinin şahidi oluruq. Sosial şəbəkələrdə yaranmış problemləri təhlil edən Downdetector portalı da ara-sıra Zoom proqramının "çökməsi" haqqında məlumat paylaşır. Proqram haqqında sonuncu problem may ayının 17-də müşahidə olundu. Problem əsasən ABŞ, Böyük Britaniya, İsrail, Polşa, Belçika, İsveçrə və Finlandiya ölkələrində qeydə alındı. 72% proqram istifadəçisi video konfrans zamanı çətinlik yaşadığını, 26% istifadəçi isə öz hesablarına daxil ola bilmədiyindən şikayət etdi. Bununla yanaşı, Zoom proqramının yetəri qədər təhlükəsizliyə cavab verməməsi haqqında da mütəmadi xəbərlər yayılır. Elə may ayının əvvəlində Cyble kibertəhlükəsizlik şirkətinin mütəxəssisləri rusdilli hakerin 500 Zoom istifadəçisinin fərdi məlumatları olduğunu bildirdilər. Böyük ehtimalla demək olar ki, bu kimi problemlər özünü təcrid rejiminin sonuna qədər davam edəcək. Qeyd edək ki, video konfrans üçün yalnız Zoom deyil, bir neçə başqa tətbiqlər də mövcuddur. Bunların sırasına Facetime (iOS istifadəçiləri üçün), WhatsApp, Wire, Google Meet, Skype Meet, Cisco Webex, həmçinin StarLeaf və Nextculd Talk və s. proqramlar daxildir.

Son.az ted.az-a istinadən Zoom proqramına alternativ və əlçatan olan tətbiqlərin siyahısını təqdim edir.

Microsoft Teams

Korporativ platforma 2017-ci ildə Microsoft şirkəti tərəfindən hazırlanıb. Xidmət çat funksiyaları, video zənglər, qrup və fərdi məlumatların saxlanması, bir neçə min iştirakçı üçün konfrans daxil olmaqla real vaxt rejimində işləmək üçün məhdudiyyətsiz giriş imkanı verir.

Google Duo

Google şirkətindən yüksək keyfiyyətli video chat proqramı. Məhsul 2016-cı ildə hazırlanıb, Android və iOS smart ekranları, smartfon, planşet, kompüter istifadəçiləri üçün nəzərdə tutulub. Eyni anda 12-dək istifadəçi söhbətdə qoşula bilər, son şifrələmədən istifadə edərək yalnız bir istifadəçi ilə əlaqə qurarkən məxfiliyə zəmanət verilir.

Google Meet

Google şirkəti video konfrans üçün daha bir xidmətə sahibdir. Bu yaxınlarda şirkət bütün istifadəçilər üçün xidməti pulsuz etdi. Əvvəllər servis yalnız GSuite və GSuite for Education biznes hesabları üçün ödənişsiz idi. Gmail-dən istifadə edərək Google Meet-ə üzv olmaq mümkündür. İndi istifadəçilər eyni vaxtda 100 nəfərlə 1 saata qədər video konfrans yarada bilərlər. Video görüşlər Google Diskdəki şifrələnib, qorunur.

FaceTime

Tətbiq Apple şirkəti tərəfindən 2010-cu ildə iPhone, iPad və ya iPod touch istifadəçilərinin səsli, eləcə də, video zəng etmələri üçün hazırlanıb. Tətbq iMac və MacBook-da da quraşdırıla bilər. Bu xidmət özəl və etibarlı hesab olunur, çünki Apple iki və ya daha çox cihaz arasında ötürülən məlumatları qorumaq üçün əvvəldən sonadək şifrələmədən istifadə edir. Tətbiqdən istifadə etmək üçün istifadəçinin FaceTime və ya Apple ID hesabı olmalıdır.

Messenger Rooms