Bu dəri problemi ən çox qadınlarda yaranır


Digərləri 23 May 2020 21:35:00 185 0

Bu dəri problemi ən çox qadınlarda yaranır

Yaz-yay aylarında yaranan ən çox dəri problemlərindən biri də Günəş ləkələridir. Bu ləkələr soyuq aylarda itsə də, Günəşli günlərdə yenidən üzə çıxır və daha çox narahatlıq doğurur.

Dermatoloq, uzman həkim Firayya Məmmədova bildirib ki, bu ləkələrə ən çox qadınlarda rast gəlinir. Dermatoloqun sözlərinə görə, qadınlarda üzdə yaranan ləkələr adətən ya Günəşin təsirindən yaranır, ya da hamiləliklə bağlı ortaya çıxır: "Ən çox qadınlar üzdə olan ləkələrə görə müraciət edir, bunlar da ya Günəş ləkələri olur, ya da hamiləlikıə bağlı ortaya çıxır".

Mütəxəssis bildirib ki, bədəndə melanin piqmentinin artması və ya azalması nəticəsində dəridə tünd və açıq rəngli ləkələr yaranır. Bu ləkələr mütləq dermatoloq tərəfinfən müayinə olunmalıdır. Ləkələr dermaskopla və ya başqa müayinə cihazları ilə nəzərdən keçirilməlidir. Xəstənin yaşına, yanaşı gedən xəstəliklərinə uyğun olaraq qan müayinələri də aparıla bilər. Bu ləkələr ən çox alında, gicgahda, burunun ətrafında və ya üzərində olur.

Son.az e-tibb.az-a istinadən bildirir ki, müayinədən sonra ləkələrin dermal və ya epidermal olduğu müəyyən olunur. Yəni dərin, yoxsa daha dayaz olmasına uyğun olaraq müalicə təyin edilir. Bu, iynə, dərman müalicəsi də olur, sadəcə, kremlə də kifayətlənmək mümkündür.

Onun sözlərinə görə, açıq rəngli ləkələr-hiperpiqmentasiyaya isə ən çox uşaqlarda rast gəlinir. Həmçinin melanin piqmentinin bəzi dəri nahiyələrində itməsi ilə ortaya çıxan açıq dəri ləkələri isə ən çox stress nəticəsində ortaya çıxır. Bu hallarda da müayinəyə uyğun olaraq müalicə təyin olunur.