“Moody’s” avtomobil satışı ilə bağlı proqnozunu azaldıb


Digərləri 23 May 2020 21:50:00 155 0

“Moody’s” avtomobil satışı ilə bağlı proqnozunu azaldıb

"Moody's" beynəlxalq reytinq agentliyi cari ildə dünyada avtomobil satışlarının 20 faiz azalacağını güman edir.

Son.az deyerler.org-a istinadən bildirir ki, əvvəlki proqnozda azalma 14 faiz həcmində göstərilirdi.

2020-ci ildə avtomobil satışlarının Avropada 30 faiz, ABŞ-da 25 faiz, Çində isə əvvəlki proqnozdakı kimi 10 faiz azalacağı qeyd olunur. Eyni zamanda gələn il satışların 11,5 faiz artacağı güman edilir.

Xatırladaq ki, Miçiqanda GMC, "Ford", "Fiat Chrysler"ə məxsus müəssisələrin mayın 18-dən yenidən işə salınacağı bildirilib. Belə ki, hər üç şirkət COVID-19 pandemiyası ilə bağlı martın 18-dən Şimali Amerikadakı müəssisələrini işçilərə işsizlik müavinətləri ödəmək şərtilə dayandırmışdı.