YouTube sizə yuxuya getməyinizi xatırladacaq —


Digərləri 23 May 2020 20:20:00 167 0

YouTube sizə yuxuya getməyinizi xatırladacaq —

YouTube platforması Android və iOS üçün nəzərdə tutulan mobil tətbiqdə yuxuya getməyin vaxtı olduğunu xatırladacaq funksiyanı əlavə edib.

Son.az ted.az-a istinadən bildirir ki, bu barədə videohostinqin bloqunda deyilir.

Yeni funksiyanı hazırlamaqda məqsəd videoya baxma vaxtını azaltmaqdır.

Funksiyanı işə salmaq üçün proqram parametrlərində "xatırlatma"nı qəbul etmək üçün vaxt təyin etmək mümkündür. Bunlar qəbul edilə, rədd edilə və ya bir müddət təxirə salına bilər. Funksiya "yuxu xatırlatması"nı aldıqdan sonra videonu dayandırmağa da imkan verir.